Bakıda narkotik alverinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Vaqif Novruzov və İsmayıl Piriyev, habelə Şirvan şəhər sakini Ülvi İbrahimov saxlanılıblar. Onlarda ümumilikdə 33 kiloqram marixuana və heroin aşkarlanıb.
Onlar narkotikləri İran vətəndaşından onlayn yolla əldə etdiklərini və paytaxt ərazisində yaydıqlarını bildiriblər.
Faktla bağlı araşdırmalar davam edir.