Xəzər, Suraxanı, Sabunçu, Binəqədi və Abşeron rayonlarında 50 evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər də oğurluq üstündə məhkum olunmuş Əhliman Atamov adıçəkilən rayonlarda ümumilikdə 40 evdən oğurluq edib.
Evlərin birində öz şəxsiyyət vəsiqəsini yerə saldığından o, tez bir zamanda müəyyənləşdirilərək saxlanılıb.
Atamov barəsində araşdırmalar davam edir.