İrandan gətirilən narkotiki Bakıda satmaq istəyənlər tutulublar. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Abşeron rayon sakini Namiq Məmmədov narkotik dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Onun avtomobilinə baxış keçirilən zaman oradan 28 kiloqram heroin və 22 kiloqram metamfetamin tapılıb. N.Məmmədov narkotikləri Hadı adlı İran vətəndaşından aldığını, onları Qaradağ rayonunda gizlədilən yerdən götürərək Bakıda yaymaq istədiyini bildirib.
Şübhəli şəxs barəsində cinayət işinə başlanılıb. Faktla bağlı araşdırma aparılır.