Bakıda insanlara qarşı cibgirlik edən şəxslər tutulublar. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər dəfələrlə məhkum olunmuş Rüfət Əliyev və Rəşid Ağayev ictimai nəqliyyatda, eləcə də ticarət mərkəzlərində sıxlıqdan istifadə edərək cibgirliklə məşğul olublar. Onlar ümumilikdə 40-a yaxın sərnişinin pul, mobil telefon və qızıl-zinət əşyalarını oğurlayıblar.
Hazırda hər 2 şəxs barəsində araşdırma aparılır.
[caption id="attachment_81013" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı[/caption]