Bakıda azyaşlıları küçə ticarəti ilə məşğul olmağa məcbur edən şəxs həbs olunub. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 3 noyabr tarixində xəbər verir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata əsasən, polis paytaxtın mərkəzi küçələrində azyaşlılar vasitəsilə gül, salfet, ətir və digər əşyalarının satışını təşkil edən 38 yaşlı İbrahim Mustafayevi müəyyənləşdirərək saxlayıb.
Onun barəsində məhkəmənin qərarı ilə 30 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib.