Bakıda bankomatdan pul çıxaran yaşlı qadını izləyərək ondan oğurluq ediblər. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Abşeron rayon sakini, əvvəllər oğurluq və narkotik üstündə məhkum olunmuş Orxan Cəfərov və Hacıqabul rayon sakini Əfqan Haqverdiyev Binəqədi qəsəbəsində 62 yaşlı qadının bankomatdan pul çıxardığını görərək onu izləməyə başlayıblar. Daha sonra onlar qadının içərisində 283 AZN və sənədlər olan çantasını zor tətbiq edərək əlindən alıblar.
Həmin şəxslər tutulublar. Barələrində araşdırma başladılıb.