Paytaxtın Sabunçu rayonunda yerləşən Bakı İstintaq Təcridxanasına narkotik keçirmək istədilər. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Bakı şəhər sakini Rafiq İbrahimov məhkum qardaşı Rauf İbrahimova narkotik ötürmək istəyib. O, şalvarının yan cibində 1,178 qram tiryək gizlədərək görüşə keçirməyə cəhd edib.
Aşkar olunmuş fakt əsasında keçirilən əməliyyat nəticəsində Rauf İbrahimovun yaşadığı evdən 33 ədəd narkotik tərkibli həb və 37 qram narkotik tapılıb.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_77293" align="alignnone" width="640"]
Foto Ədliyyə Nazirliyinin rəsmi saytı[/caption]