Bakıda yeni doğulmuş uşaq həkim ehtiyatsızlığından ölüb. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
27 iyul 2022-ci il tarixində Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda yeni anadan olmuş uşaqda infeksion yoluxma baş verib və nəticədə o, dünyasını dəyişib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb.