Paytaxt sakininin bank hesabından pul oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 12 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini R.Quliyeva həmyerlisi R.Ələsgərovun bank hesabından 600 AZN oğurlamaqda şübhəli bilinir. O, Binəqədi rayonu Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı araşdırmalar davam edir.