Yenilənib:
Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində relsdən çıxan vaqonun içində yanacaq maddə olubmuş.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunaraq dağılmış mayenin alışmasının qarşısı alınıb.
10:09 - Vaqon relsdən çıxıb
Bakıda vaqon hərəkətdə olan zaman relsdən çıxıb. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bu gün, saat 05:30 radələrində paytaxtın “Əhmədli” stansiyasında 1 yük vaqonu relsdən çıxıb. Nəticədə vaqondakı maye yük axmağa başlayıb. Azərbaycan Dəmir Yolları məsələnin araşdırıldığını və hazırda müvafiq tədbirlərin görüldüyünü bildirib.
Sözügedən yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.