Bakıda hamilə itə qarşı vəhşilik edilib. Naməlum şəxslər iti döyərək onun gözlərini çıxarıblar. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verib.
Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin rəhbəri Fərid Mansurov itin vəziyyətinin ağır olduğunu bildirib.
"Hazırda hamilə it ultrasəs müayinəsindən keçirilir. Onun balalarının ölüb-ölmədiyini öyrənmək üçün müayinə aparılır. Vəziyyəti çox ağırdır. Heyvanın gözləri çox zədəlidir. Çalışırıq, gözlərini xilas edək", - deyə Mansurov qeyd edib.