Paytaxtda gənc qız özünü qusqurmaq üçün çəngəldən istifadə edib. Bu haqda BakuPlus.az Medicina.az-a istinadən bu gün, 28 oktyabr tarixində xəbər verir.
21 yaşlı Aysel Həmidova (ad şərtidir) özünü qusdurmaq üçün maraqlı üsula əl atıb. Bunun üçün çəngəldən istifadə edən gənc çətinliklə üzləşib. Bu zaman çəngəl boğazına girib.
Onu dərhal 1 saylı Kliniki Tibbi Mərkəzin təcili yardım şöbəsinə gətiriblər.
Lakin daha sonra o, paytaxtdakı özəl xəstəxanalardan birinə göndərilib.