Bakının Binəqədi rayonunda yerləşən avtotəmir sexlərinin birinin qarşısından “Daewoo” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini Eldar Nağıyev Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılıb.
Kişi Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Fakt araşdırılır.