Bakıda qadın ofisdə təcavüzə məruz qalıb. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Yevlax sakini olan qadın polisə mürəciət edərək cinsi təcavüzlə üzləşdiyini bildirib. 40 yaşlı qadın mayın 24-də Bakıda yerləşən ofislərin birində bir kişinin onu zorlamağa cəhd göstərdiyini bildirib.
İlkin araşdırmalara görə, qadının şikayətçi olduğu şəxsin paytaxt sakini, 36 yaşlı C.H. olması müəyyən edilib. Hadisə ilə bağlı Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsində araşdırma davam etdirilir.