Bakının Respublika Klinik Xəstəxanasında qadın doğuş zamanı dünyasını dəyişib. Bu haqda 31 oktyabr tarixində Lent.az TƏBİB rəsmisi Zamira Adilovaya istinadən məlumat verib.
Qadın oktyabrın 30-u tibb müəssisəsinin Hamiləliyin patologiyası şöbəsinə ağır vəziyyətdə yerləşdirilib. 34-35 həftəlik hamilə qadına normal yerləşmiş plasentanın vaxtından əvvəl hissəvi ayrılması, qanaxma, HELLP sindromu diaqnozu qoyulub. Qeysəriyyə əməliyyatı ilə çəkisi 2100 qram, boyu 45 santimetr olan qız uşağı dünyaya gəlib.
Əməliyyatdan sonra xəstə anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, ana dünyasını dəyişib. Ona poliorqan çatışmazlığı, HELLP sindromu, DDL sindromu, vaxtından əvvəl operativ doğuş, ciftin vaxtından əvvəl ayrılması diaqnozları qoyulub.