Bakıda sərnişin avtobusunda dava baş verib. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Biləcəri-Binəqədi-Memar Əcəmi marşrutu ilə hərəkət edən 92 saylı avtobusda 3 nəfər arasında əlbəyaxa dava baş verib.
“Dayanacaqda dayandım. 22-23 yaşlı cavan oğlan oturdu avtobusa, daha sonra yeniyetmə uşaq həmin cavanı çağırmağa başladı ki, düş aşağı. Daha sonra yeniyetmə ilə digər yaşlı kişi oğlanı avtomobildən düşürərək dalaşmağa başladılar”, - deyə avtobusun sürücüsü hadisələr barədə danışıb.
Faktla bağlı DİN araşdırmaya başladığını bildirib.