Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının həyata keçirdikləri növbəti xüsusi əməliyyat tədbiri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Bu haqda bu gün, 28 aprel tarixində Bakuplus.az DİN-ə istinadən məlumat verir.
Beyləqan rayonunda əvvəllər məhkum olunmuş paytaxt sakini Tərlan Xasməmmədov saxlanılıb. Onun avtomobilinə baxış zamanı 100 kiloqram qurudulmuş marixuana, həmçinin 60 kiloqram tiryək aşkar edilib.
İlkin dindirmə zamanı Tərlan Xasməmmədov bildirib ki, ondan aşkar edilən narkotik vasitələr Beyləqan rayonunun Şahsevən-2 kəndi yaxınlığındakı sərhəd zolağında gizlədilən Yaşar adlı İran vətəndaşı vasitəsilə əldə edilib. Tərlan Xasməmmədov bildirib ki, o, narkotik vasitələri Bakının müxtəlif ünvanlarına çatdırmalı idi.
Faktla bağlı cinayət işi açılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.