Bakıda taksi sürücülərini aldadan şəxs saxlanılıb. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
26 yaşlı Əli Dadaşov özünü hotel meneceri kimi təqdim edərək, eləcə də sosial şəbəkələrdə və elan saytlarında taksi sürücüləri üçün məlumatlar yerləşdirməklə “əlavə qazanc, yüksək gəlir” başlığı altında elanlar paylaşıb. O, sürücülərə müxtəlif vədlər verməklə onların pullarını talayıb.
Şübhəli şəxs barəsində araşdırmalar davam edir.