top
Bakıdakı gözəllik klinikasında dava: kosmetoloq iş adamının xanımı tərəfindən şiddətə məruz qalıb - VİDEO
23 may 2023, 03:57
- ↺ +

Bakıdakı gözəllik klinikasında dava: kosmetoloq iş adamının xanımı tərəfindən şiddətə məruz qalıb - VİDEO

Bakıda kosmetoloji prosedur etdirmək üçün klinikaya gələn tanınmış iş adamının yoldaşı Burcu Butayeva və bacısı Burçin Kayaşın kosmetoloq Aynur Süleymanovaya qarşı şiddət göstəriblər. Bu haqda Süleymanova 21 may tarixində öz İnstagram səhifəsində paylaşım edib.c

Həkimin sözlərinə görə, hər iki qadın Türkiyə vətəndaşıdır. Qadınlardan biri bir il öncə etdirdiyi kosmetoloji prosedurdan razı qalmadığı üçün həkimdən pulsuz prosedur və ya pulun geri qaytarılmasını tələb edib. Süleymanovanın sözlərinə görə, xoş olmayan rəftarlarına görə onlara prosedur etmək istəməyib və otağı tərk etmələrini istədiyini bildirəndə mübahisə yaranıb. Bundan sonra Burcu Butayeva səs-küy salaraq: “Sən bilirsən, mən kiməm? Mənimlə belə rəftar edə bilməzsən!”, - deyib.

Daha sonra pasiyent sözlərdən əlyabaxaya keçərək həkimin üzərinə baxil atıb, assistentinin üz nahiyəsinə əli ilə zərbə vurub.

Hadisə ilə bağlı Süleymanova polisə müraciət edib, lakin polis əməkdaşlarının qərarı ilə razı qalmayıb.

“Assistentim və məni döyməklərinə, şər-böhtan ataraq təhqir etməklərinə dair görüntü və ekspert rəyinin olmasına baxmayaraq, Yasamal RPİ 26-cı PB-nin təhqiqatçısı Ramil Qafarov əsassız qərar qəbul etmişdir. Üstəlik mənə və assistentimə cəza tətbiq edilib. Təhqiqatçı hansısa qanunu əsas gətirib, yoxsa təzyiq və məlum olmayan şəxsi marağına görə qərar qəbul edib?” - Süleymanova yazıb.

Qafqazinfo-dan əldə olunan məlumata görə, Daxili İşlər Nazirliyinin sözçüsü Nurlan Əliyev hadisənin 21 aprel tarixində baş verdiyini təsdiq edib. Aynur Süleymanovanın, Aynur Atakişiyevanın və Türkiyə Respublikasının vətəndaşı Burcu Butayevanın döyülmələri barədə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciətlər daxil olub.

“Müraciətlər əsasında polis bölməsində təhqiqat araşdırması başlanılıb. Araşdırmalarla müəyyən olunub ki, Butayeva aprelin 21-də onun yanına bir neçə günlük qonaq gələn bacısı, Türkiyə vətəndaşı Kayaş Burçin ilə birlikdə tanıdığı və əvvəllər ona kosmetik xidmətlər göstərən həkim-kosmetoloq Aynur Süleymanovanın işlədiyi klinikaya gəliblər.

Kayaş Burçin həkimin iş otağında olarkən Süleymanovadan əvvəllər tərəfindən göstərilən keyfiyyətsiz xidmətlərə görə kosmetik xidmətlərin ödənişsiz edilməsini xahiş edib. Lakin sonuncu ondan kobud şəkildə otağını tərk etməsini tələb edib. Butayeva otaqdan çıxan zaman həkimin assistenti kimi fəaliyyət göstərən Aynur Atakişiyeva qapını üzərinə bağlayaraq qoluna xəsarət yetirib. Bu səbəbdən Butayeva yenidən otağa daxil olaraq Atakişiyevanı itələyib. Nəticədə Süleymanova və Burçin münaqişəyə müdaxilə edərək bir-birinə xəsarətlər yetiriblər.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Ekspertizanın rəyinə əsasən, hər 3 şikayətçinin xəsarətləri sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyib.

Toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi ilə bağlı qərar qəbul edilib”, - açıqlamada deyilir.

[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/05/13.mp4"][/video]

Son xəbərlər

Xəbər
Dünən, 21:00

28 sentyabr - 4 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 17:53

"Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm" - Şəhid hərbi həkimin xanımı

Cəmiyyət
Dünən, 12:22

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Xəbər
Dünən, 00:10

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Xəbər
Dünən, 00:01

27 sentyabr – Anım Günü: İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

Xəbər
26 sentyabr 2026, 17:40

Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA

Yasamal
26 sentyabr 2026, 16:33

Bakıda valideynləri dalaşan qız "Domestos" içdi

Xəbər
26 sentyabr 2026, 15:50

Prezident və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar

Xəbər
26 sentyabr 2026, 15:01

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb

Aktual Xəbərlər
26 sentyabr 2026, 14:37

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbər
26 sentyabr 2026, 13:15

Sabah Bakıda 29 dərəcədə isti olacaq

Suraxanı
26 sentyabr 2026, 12:29

Asfaltlama adı ilə yol bağlandı, amma heç bir iş görülmədi - VİDEO

Xəbər
26 sentyabr 2026, 11:30

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Xəbər
26 sentyabr 2026, 10:00

Masazır sakinləri 11 saatdır işıqsızdır - "Zəng edirik, cavab vermirlər"

Xəbər
26 sentyabr 2026, 09:33

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Xəbər
25 sentyabr 2026, 18:00

Dərnəgül dayanacağında yenilik - ADY detalları açıqladı

Xəbər
25 sentyabr 2026, 17:17

Rusiyalı turistin Bakıdakı xəstəxana təcrübəsi - İDDİA

Xəbər
25 sentyabr 2026, 17:14

Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlərə əlavə məzuniyyət verilə bilərmi? – Nazirlikdən açıqlama

Xəbər
25 sentyabr 2026, 16:40

Saxta Fransa pasportu ilə Avropaya getmək istəyən ərəb Bakıda HƏBS OLUNDU

Xəbər
25 sentyabr 2026, 15:46

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Xəbər
25 sentyabr 2026, 15:04

Dövlət Gömrük Komitəsinin sədri Qədir Rüstəmovun oğluna xəbərdarlıq etdi

Xəbər
25 sentyabr 2026, 14:20

Bloqerlərin reklam etdiyi "makler"ə HÖKM OXUNDU - 378 minlik DƏLƏDUZLUQ

Xəbər
25 sentyabr 2026, 13:20

Bakıda sabahın hava PROQNOZU

Xəbər
25 sentyabr 2026, 12:55

288 müəllim iş yerini dəyişir

Oxşar xəbərlər