Bakı-Ələt yolunda sürücünün etdiyi ziqzaq manevrləri nəticəsində yol qəzası baş verib. Bu haqda bu gün, 8 noyabr tarixində Milli.az məlumat verib.
Sürücü idarə etdiyi "Chevrolet" markalı avtomobildə təhlükəli manevrlər edərək bir neçə avtomobili keçib və “Mercedes” markalı avtomobilə çarpılıb.
Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.