Bakı metropolitenində qadının pulqabısını oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Rəcəb Mehdiyev metronun “Koroğlu” stansiyasında bir qadının içərisində 20 AZN pul, bank kartı və açarları olan pulqabısını oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.