Bakı metrosunda vətəndaşlardan telefonlarını oğurlayan şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 2 dekabr tarixində məlumat verir.
Metropolitendə Polis Şöbəsinə metro stansiyalarında 2 sərnişinin mobil telefonlarının oğurlanması barədə məlumatlar daxil olub. Aparılan tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Təbriz Qarayusifli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.