Bakı metrosunda sərnişinlərdən telefonları oğurlayan şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 26 noyabr tarixində məlumat verir.
Polisə daxil olan məlumata görə, naməlum şəxs qeyri-aşkar şəraitdə 3 sərnişinin mobil telefonlarını oğurlayıb. Aparılan tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Baxışov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.