Bakı-Quba yolunda yük maşını aşıb. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə magistral yolun Şabran rayonu hissəsində baş verib. Ağır qəza nəticəsində Bakı şəhər sakini, 42 yaşlı Bəhruz Mustafayev hadisə yerində dünyasını dəyişib. Qobustan rayon sakini, 56 yaşlı Nazim İbrahimov xəstəxanaya çatıdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam edir.