Bakı sakini quldurluq üstündə saxlanılıb. Bu haqda bu gün, 30 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə Sumqayıt şəhərində, Qurd dərəsi bağlar sahəsində baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.İsgəndərov sərnişin kimi oturduğu “Khazar” markalı avtomobilin sürücüsünü bıçaqla hədələyərək onun 300 AZN pulunu alıb.
Onun barəsində araşdırmaya başlanılıb.