Bakı sakini idarə etdiyi avtomobillə piyadanı vuraraq öldürüb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 19 noyabr tarixində xəbər verir.
Noyabrın 17-də saat 18:00 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində yolu keçən Gülayə Cavadi müəyyən edilməyən avtomobillə vurulub və hadisə yerində ölüb.
Əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədildiyi müəyyən olunub və həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini İlkin Seyidov saxlanılıb.
Araşdırma aparılır.