Bakıdakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən məlumat verir.
Bakı şəhər sakini Rauf Yusifovun tanışı, narkotikə görə saxlanılmış Elçin Osmanova gətirdiyi sovqatda olan siqaret qutusundan 2 ədəd kağız bükülüdə ümumi çəkisi 0,392 qram metamfetamin və 0,204 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.