Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində iki avtomobil toqquşub. Hadisə zamanı 4 nəfər xəsarət alıb. Bu haqda bu gün, 9 noyabr tarixində Bizim.Media məlumat verib.
32 yaşlı Zaur Sultanovun idarə etdiyi "Vaz-2106" markalı avtomobil ilə 51 yaşlı Cavid Hüseynovun idarə etdiyi "Opel Astra" markalı maşın toqquşub.
Verilən məlumata görə, Zaur Sultanov, avtomobildə olan iki qadın və 10 yaşlı uşaq xəsarət alıblar. Yaralılar Siyəzən Müalicə Diaqnostika Mərkəzinə aparılıblar. Sürücün vəziiyətinin ağır, sərnişinlərin xəsartələrinin isə yüngül olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırma aparır.
Hər iki sürücünün Bakı sakinləri olduqları bildirilir.