Bakı sakinlərində qanunsuz ov tüfəngi aşkar olunub. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Paytaxt sakinləri İ.Mehdiyev və Ə.Novruzlu Kürdəmir rayonunun Axtaçı kəndi ərazisində qanunsuz ov etdiklərinə görə tutulublar. Onlarda qanunsuz saxlanılan “İJ” markalı 2 ədəd ov tüfəngi aşkar olunub.
Faktla bağlı araşdırmalar davam edir.