Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 29 oktyabr tarixində Oxu.az məlumat verib.
Verilən məlumata görə, “Ford Focus” markalı avtomobil yolun sol zolağı ilə hərəkət edən Təcili yardım maşınının ardınca gedərkən qəza törədib.
Təcili yardım maşınına çarpılan avtomobil yolda nəqliyyatın hərəkətinə maneə törədib.