Biləsuvarda saxlanılan Bakı sakinlərindən 3 kiloqramdan artıq metamfetamin götürülüb. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakinləri M.Quliyev və S.Rzayev saxlanılıblar. S.Rzayevdən 3 kiloqram 355 qram metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırmalarla M.Quliyevin Cinayət Məcəlləsinin “Oğurluq” maddəsi ilə axtarışda olması müəyyən olunub.