Bakının Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsində yerləşən 16 mərtəbəli binada qaz sızması olub. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Hadisə ötən gün gecə saatlarında baş verib. Qaz sızması binanın 4-cü mərtəbəsində baş verib. Əraziyə təcili tibbi yardım briqadaları, FHN və polis əməkdaşları cəlb olunublar. FHN və polis əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, sakinlər təxliyə ediliblər.
Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır.