Bakıda pasiyentə yanlış olaraq xərçəng diaqnozu qoyulub. Bu haqda 18 noyabr tarixində Xəzərxəbər-ə istinadən məlumat verib.
"City Hospital"a müraciət edən 30 yaşlı Rəşad Cəbiyevə yastı epitel karsinoma, orta dərəcəli differensasiya, yəni ağız xərçəngi olduğu deyilib.
Daha sonra isə ona əməliyyat etmək məsləhət görülüb.
Pasiyent ona qoyulan diaqnoz ilə Türkiyəyə gedib. Lakin Türkiyədə xəstəyə başqa cavab verilib. Məlum olub ki, onun dişinin dibi xərçəng xəstəliyi deyil, texniki travma imiş.
Rəşad deyir ki, xəbəri eşidəndə yaşlı valideynləri, ailəsi ciddi sarsıntı keçiriblər.
[caption id="attachment_79625" align="alignnone" width="640"]
Foto Xəzər Xəbərin rəsmi Youtube kanalı[/caption]