Bakıda iki nəfərin yataq döşəyini yolun hərəkət hissəsi ilə avtomobilə daşıması videosu sosial şəbəkədə yayılıb. Bu haqda bu gün, 23 dekabr tarixində Oxu.az məlumat verib.
Ehtimal olunur ki, döşək küləyin sürətindən “Prius” markalı minik avtomobilinin üzərindən yola düşüb. Həmin şəxslər isə özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə ataraq döşəyi yolun ortası ilə maşına aparıblar.