Səhər saatlarında Sumqayıt-Bakı elektrik qatarının vurduğu piyadanın kimliyi bəlli olub. Bu barədə BakuPlus.az Apa-ya istinadən bu gün 8 dekabr tarixində xəbər verir.
Elektrik qatarının vurduğu şəxsin 20 yaşlı Hacı Ağazadə Əmralı olduğu bildirilir.
Hadisə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.