“Aznar”-ın sahibi, tanınmış iş adamı Fərhad Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Bu haqda BakuPlus.az AzFront-a istinadən bu gün, 22 noyabr tarixində xəbər verir.
Bir neçə gün öncə iş adamının Bakı, Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində aparılan axtarışlar zamanı milyarder Fərhad Əhmədov Rusiyaya casusluq etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.
İş adamı təqribən 10 saata yaxın istintaqda dindiriləndən sonra ondan Azərbaycanı tərk etməmək barədə yazılı öhdəlik alınıb.
Fərhad Əhmədovun Azərbaycandakı əsas sərvəti Göyçaydakı “Aznar” meyvə şirəsi zavodudur. İş adamı 2022-ci il üçün "Forbes"də rusiyalı milyarderlərin siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.
Hazırda iş adamının barəsində istintaq davam edir.