Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən çoxmərtəbəli yaşayış binasında 3 nəfər şəxs qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda Bakuplus.az bu gün, 11 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi alpinist vasitələrindən istifadə etməklə onaltımərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzilə daxil olublar. Onlar qapını açaraq ikisi azyaşlı olmaqla 3 nəfər vətəndaşı köməksiz vəziyyətdən xilas ediblər.
[URIS id=86436]