Səbail rayonunda yerləşən “McDonalds”da insident baş verib. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə rayonun Üzeyir Hacıbəyli küçəsində baş verib. 22 yaşlı Əli Hüseynov iaşə obyektində sifariş menyusunun olduğu monitora zərbələr endirərək ekranı sındırıb.
Dərhal həyəcan siqnalı çalınıb və mühafizə polisi əraziyə cəlb olunub. Gənc oğlan saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.