Bakı sakini Lerikdə dərəyə yıxılıb. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qaradağ rayonu, Səngəçal qəsəbə sakini, 55 yaşlı Füzuli Hacıyev dərinliyi 80 m olan dərəyə yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.
Meyit dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.