Bakıda yerləşən “Medera” Hospital-da plastik əməliyyətdən sonra qadın vəfat edib. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Axar.az-a istinadən məlumat verir.
Verilən məlumata görə, mərhum həmin tibb müəssisəsində qeydiyyatçı işləmiş Aygün adlı xanımdır. Ona bədən şəkilləndirməsi əməliyyatı cərrah Günel Bayramlı tərəfindən edilib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etsə də, həkim buna əhəmiyyət verməyib və xəstəni evə buraxıb. Evdə halı pisləşən Aygün dünyasını dəyişib.
Hospitaldan bildirilib ki, Günel Bayramlı hazırda klinikada öz fəaliyyətinə davam edir. Məsələ ilə bağlı heç bir məlumat verilməyib.
Mərhum qadın ailəli idi, bir qız övladı var.