Bu gün Bakıdakı Heydər məscidində Mübariz Mənsimovun atası Qurban Mənsimovun üç mərasimi təşkil olunub. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az məlumat verir.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, şəhid ailələri, qazilər, o cümlədən iş adamları, incəsənət, idman və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qurban Mənsimovun 40 mərasimi iyulun 29-da Heydər məscidində təşkil olunacaq.
“Palmali Holding” şirkətinin prezidentinin atası 20 iyun tarixində İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Cənazəsi ötən gün Bakıya gətirilərək, Keşlə qəbiristanlığında dəfn edilib.