Noyabrın 9-u axşam saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu Cavan Baxışov 38 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Bu haqda bu gün, 10 noyabr tarixində Unikal.az məlumat verib.
Verilən məlumata əsasən, hadisə Baxışov məzuniyyətdə olan zaman baş verib.
Mərhum bu gün ikinci Fəxri Xiyabanda dəfn olunacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_78439" align="alignnone" width="640"]
Foto Unikal.org saytı[/caption]