Mağazadan şokolad alan şəxs şikayətçidir. Buna səbəb qənnadı məmulatının içindən tükün çıxması olub. Bu haqda bu gün, 22 dekabr tarixində Oxu.az məlumat verib.
Müştəri Yusif Kərimli iddia edir ki, yaşadığı bu xoşagəlməz hal barərə istehsalçı ilə əlaqə saxlayaraq məlumat verib və şikayətini bildirib. Lakin ona şirkətdən heç bir cavab verilməyib.
“O, zəng edərək bildirib ki, şikayətçi olacaq. Mən də ona dedim ki, bu sizin hüququnuzdur. Məsələ tam araşdırılandan sonra cavab verəcəyik”, - deyə fabrikin satış meneceri Elmar Mirzəyev bildirib.
Qida Təhlükəsizliyi Agentliyi, həmçinin bildirib ki, hadisə nəzarətə götürülüb. Araşdırma aparılır.