Bakı metrosunda cibgirliklə məşğul olan şəxslər tutulublar. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 21 noyabr tarixində xəbər verir.
Metropolitenin müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon oğurlamaqda şübhəli bilinən 46 yaşlı Zaur Qocayev və 32 yaşlı Fazil Zeynalov saxlanılıblar.
Onların əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə müracət etmələri tövsiyə olunur.
Araşdırmalar davam etdirilir.