Bakı metrosunda cibgirlik əməllərini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 10 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata əsasən, metro stansiyasında Hacıqabul rayon sakini olan bir qadın sərnişinin çantasından içərisində pul olan pulqabı oğurlanıb.
Aparılan tədbirlər nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Samir Nəcəfov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.