Bakı Metropolitenində 3 nəfərdən telefon oğurlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 19 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Zaur Qocayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.