Bakıda vətəndaşların bank hesablarından dələduzluq yolu ilə öz hesabına pul köçürən şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 5 dekabr tarixində məlumat verir.
Bakı şəhər sakini A.Ç.-ni aldadan şəxsin hesabına pul köçürməsi barədə polisə məlumat daxil olub. Aparılan tədbirlər nəticəsində dələduzluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Əli Dadaşov saxlanılıb.
Araşdırma zamanı onun daha 12 nəfəri aldadaraq dələduzluq yolu ilə hesabına müxtəlif məbləğlərdə pul köçürdüyü də müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.