Şamaxıda qəzaya uğrayan paytaxt sakini xəstəxanalıq olub. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 18 noyabr tarixində xəbər verir.
Noyabrın 16-da saat 20:00 radələrində Şamaxı şəhəri ərazisində Bakı şəhər sakini E.Əkbərli idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırıb.
Nəticədə sərnişinlər: sürücünün həyat yoldaşı Suğra və 2 yaşlı oğlu xəstəxanaya yerləşdiriliblər. Qadın orada ölüb, uşağın vəziyyəti qənaətbəxşdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.