Bakıda sosial şəbəkə istifadəçisi DYP əməkdaşı qarşısında öz “qəhrəmanlığını” kameraya çəkib. Bu haqda BakuPlus.az Avtosfer.az-a istinadən bu gün, 8 noyabr tarixində xəbər verir.
Paytaxt ərazisində qayda pozan sürücü yol polisi ilə dialoqunu kameraya çəkib.
99-UC-107 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü paytaxt küçələrinin birində manevr qaydasını pozub. Yol polisi əməkdaşı "saxla" işarəsi versə də, o, buna məhəl qoymayaraq müəyyən məsafədə hərəkətinə davam edib.
Avtomobili saxlayandan sonra polis əməkdaşı sürücüyə təmkinli və nəzakətli formada nəyə görə tabe olmadığını soruşur. Sürücü isə müxtəlif bəhanələr gətirməyə başlayır, daha sonra isə qayda pozmadığını bildirir. Yol polisi əməkdaşı manevr qaydasını pozduğunu yerindəcə ona göstərərək sübuta yetirir.