Bakıda yüksək sürətlə hərəkət edən avtomobil qəza törədib. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Taksi fəaliyyəti ilə məşğul olan “77-DV-521” nömrəli "Toyota Prius" markalı avtomobil ara küçələrdə yüksək sürətlə hərəkət edən zaman işıq dirəyinə çarpılıb. Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.